Binəqədidə 25 yaşlı gənci qonşusu bıçaqladı
04:20 25-10-2019 638
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, hadisə “Baksol” adlanan ərazidə qeydə alınıb.
1994-cü il təvəllüdlü Turqut Qafurov qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu