Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı

04:00 26-10-2019 843

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az bildirir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb.

İlkin məlumata görə, K.Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibət qurmaq istəyib.

Qadının anası bunu bildikdə K.Binnətovla mübahisə edən zaman ona bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu