Şoyqu Bakıya gəlməzdən əvvəl Ermənistana gedəcək – Rusiya hərbi bazasına baş çəkəcək

10:40 29-10-2019 802

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu oktyabrın 29-da Yerevana gedəcək.

HerGun.Az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatında yazılıb.

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini aparan təyyarənin Gümrü hava limanına enəcəyi gözlənilir.

Bildirilir ki, S.Şoyqu Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına baş çəkəcək və ermənistanlı həmkarı David Tonoyanla görüşəcək.

Rusiyalı nazirin Ermənistana səfərinin statusu dəqiqləşdirilməyib.

Məlumat üçün bildirək ki, S.Şoyqu oktyabrın 30-da Bakıda MBD Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Aqşin Kərimov