Sabahdan Şahbuzda icbari tibbi sığorta tətbiq edilir, tibb işçilərinin maaşları artırılır

22:06 31-10-2019 18

Sabahdan Şahbuzda icbari tibbi sığorta tətbiq edilir, tibb işçilərinin maaşları artırılır

Noyabrın 1-dən Şahbuz rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

"Report"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşları 2019-cu il noyabrın 1-dən 50 faiz artırılır.