SOCAR AÇG və BTC-yə yeni səhmdarın daxil olmasını müsbət qarşılayır

13:40 05-11-2019 629

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın MOL şirkətinin ABŞ-ın “Chevron” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrindəki payının alınması ilə bağlı sazişi müsbət qarşılayır.

Report xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Azərbaycandakı layihələrdə yeni regiondan-Mərkəzi-Şərqi Avropadan şirkətin təmsil olunması müsbət haldır. Bu, yeni əməkdaşlıq imkanları açır. MOL şirkəti kifayət qədər nüfuzlu şirkətdir”.

O qeyd edib ki, yeni sazişin layihələrdə hökuməti təmsil edən SOCAR tərəfindən üç ay müddətində təsdiqi gözlənilir.