76 yaşlı qadının ölmüş ərinin külünü oğurladılar - VİDEO

17:40 08-11-2019 584

ABŞ-ın Nyu-Cersi ştatında naməlum şəxslər ölmüş şəxsin külünü oğurlayıblar

Oktyabrın sonunda 76 yaşlı Liz Liposki qohumlarının evində qalıb və Hellouin bayramı vaxtı evinə qayıdıb. Bu zaman o, evinin qapısının qırıldığını və bahalı əşyaların evdən aparıldığını görüb. 

Bundan başqa, oğrular evdən Liposkinin ölmüş ərinin külünü saxladığı qutunu da aparıblar. Kişi 2011-ci ildə xərçəngdən vəfat edib. Qadın ümid edirdi ki, onun ölümündən sonra külü ərinin külünə qarışacaq. 

Liposkinin qohumları hesab edir ki, oğrular qutuda nəyin saxlanılmasından xəbərsiz olub. Qadın oğrulara külün qaytarılması ilə bağlı müraciət edib.