İnsan üzlü balıq görüntüləndi - FOTO/VİDEO

14:00 10-11-2019 630

Çinin Kunming şəhərində yerləşən bir kənddə qəribə balıq diqqəti çəkib. Üzü insanı xatırladan balıq sosial şəbəkələrdə gündəm olub.

Görüntülər Çinin məşhur paylaşım saytında “Balıq pəriyə döndü” başlığı ilə yayılıb. Üzündə gözlərə bənzəyən iki qara nöqtə, burun dəlikləri və ağıza bənzər cizgilər olan balıq istifadəçilər tərəfindən möcüzəvi qəbul olunub.

Bu balıqlar nadir halda tilova düşür.

2010-cu ildə 44 yaşlı Brendan Osullivan tərəfindən tutulan “insan üzlü” sazan balığına 40 min sterlinq (təxminən 87 min AZN) qiymət verilmişdi.