Biləsuvarda azyaşlını avtomobil vurub
20:20 12-11-2019 346
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar şəhər M.İbrahimov küçəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.