Karateçi qızlarımız beynəlxalq turnirdə iki medal qazandılar - FOTO

02:20 13-11-2019 511

Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.

Azərbaycan Milli Karete Federasiyasından verilən məlumata görə, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

Beynəlxalq hakimlər - Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.