Xaçmazda 20 yaşlı gənci qatar vurdu

21:20 13-11-2019 577

Xaçmazda qatar bir gəncin həyatına son qoyub.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çarxı kəndində baş verib. 

Kənd sakini 20 yaşlı Ağacan Mehdiyevi dəmir yolunu keçərkən qatar onu vurub.  

Gənc elə yerindəcə dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.