Qadını avtomobil vurdu, oğlu ürəktutmadan xəstəxanaya yerləşdirildi

23:40 13-11-2019 356

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində minik avtomobili yolu keçmək istəyən orta yaşlı Xatirə İsayevanı vurub.  

Hadisə X.İsayevanın oğlunun gözü qarşısında baş verib.  

Onun oğlu şok vəziyyətinə düşərək ürəktutması keçirib. X.İsayeva ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Oğlu isə həmin xəstəxananın terapiya şöbəsinə çatdırılıb.  

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdrıma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu