Qaradağda 29 yaşlı kişi döyülərək ağır xəsarət aldı

03:20 14-11-2019 384

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Sanqaçal qəsəbəsi ərazisində 1990-cı il təvəllüdlü Cavadov Ayaz Qurban oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu