İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

18:00 14-11-2019 620

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev ikinci dəfə əməliyyat olunub.  

Bu barədə HerGun.Az-a Xalq artistinin özü məlumat verib.

“İkinci dəfə əməliyyat olundum. Ümumi vəziyyətim yaxşıdır. Amma ağrılarım çoxdur. Hazırda evdəyəm”.

Xatırldaq ki, Xalq artistinin dizlərində problem var idi. Həkimlərin müayinəsindən sonra qığırdaqlarda yeyilmələrin olduğu məlum olub.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Sevinc Yasinqızı