Gəncədə növbəti qətl: Ər arvadını bıçaqlayıb öldürdü

23:20 15-11-2019 564

Gəncə şəhərində daha bir qətl hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Zülfü Hacıyev küçəsində ər arvadını öldürüb. 

1986-cı il təvəllüdlü Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. 

O, arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanıb.