Yeniyetmə cüdoçularımız Avropa kubokunda 3 medal qazanıblar

02:00 17-11-2019 499

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günü idmançılarımız üçün uğurlu olub. 

Belə ki, cüdoçularımız bir qızıl, iki bürünc medal qazanıblar.

Azərbaycanı qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi adını qazanıb.

Digər idmançılarımız - Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.