Ekoloji təyyarələr istehsal olunacaq

06:00 17-11-2019 24

“Airbus” aviakonserni 2030-cu ilə qədər ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

Bu barədə “Bloomberg” “Airbus ExO Alpha” şirkətinin icraçı direktoru Sandra Şefferə istinadən xəbər verir.

Məlumata əsasən, söhbət regional reysləri həyata keçirəcək 100 yerlik təyyarələrdən gedir.

Agentlik bildirir ki, iri aviaistehsalçılar da 2050-ci ilə qədər karbon qazının havaya buraxılmasını iki dəfə azaltmağa razılıq veriblər.

Şefferin sözlərinə görə, hazırda 2050-ci ildə öhdəliklərin yerinə yetirilməsi üçün vahid konsepsiya yoxdur, lakin bir yerdə cəmləməklə bu nəticəni əldə etməyə imkan verən bir neçə üsul var.