“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO

04:20 18-11-2019 928

“Ferrari” çoxdan “Portofino” kabrioletindən üstü örtülü kupe düzəltmək fikrinə düşüb. İtaliyalılar bu məsələyə milli kreativlik və fantaziya baxımından yanaşıblar.

HerGun.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Roma” adlı yeni model İtaliyanın paytaxtına və “Ferrari”nin zəngin tarixinə həsr olunub.

“Roma”nın zahiri görünüşünü həm gələcəyə addım, həm də tarixə hörmət kimi qələmə vermək olar. Şirkətdən bildirirlər ki, yeni modelin görünüşünə ötən əsrin ən yadda qalan modelləri, xüsusi ilə də “250 GT”, təsir göstərib. İlk növbədə futuristik radiator reşotkasını və ekstravaqant dal faralarını qeyd etmək olar.

Kupenin salonunda da yeniliklər var. Belə ki, ilk dəfə olaraq sürücü və sərnişin yerləri biri birindən tamamilə ayrı görünür – kreslolar sanki  iki yanaşı kapsüllərdədir. Arakəsmənin başında isə 8,4 düymlük vertikal monitor yerləşdirilib.

Bundan əlavə sərnişinin öz “cihaz paneli” var: burada o kreslo və pəncərəni idarə etmək, və ya istədiyi mahnını seçmək imkanı əldə edib. Arxa sərnişin yerləri çox kiçik ölçülü quraşdırılıb: istehsalçı kupelər üçün adi olan “2+2” formulundan imtina edib, modelini “2+” adlandırıb.

“Roma”nın qabaqda yerləşən mühərriki “Portofino” ilə eynidir və onu gücdə bir qədər üstələyir: “3,9 litrlik V8 Turbo” 600 at gücü əvəzinə 620 at gücünə malikdir. Buna görə “Roma” əcdadından bir az daha sürətlidir. O 100 km/s sürətini 3,4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/s-dır.

Sürət qutusunda da müəyyən dəyişikliklər var: 7 pilləli avtomat qutu əvəzinə yeni model 8 pilləli diapazonlu qutu əldə edib.

“Roma” gələn ilin yazında satışa çıxarılacaq. Onun təxmini qiyməti 200 min avro (376 min manat) civarında olacaq.