Yusif Eyvazov ailəsi ilə birlikdə İqor Krutoyun yubiley konsertində çıxış etdi – FOTO

08:20 18-11-2019 614

Azərbaycanın xalq artisti Yusif  Eyvazov ailəsi ilə birlikdə İqor Krutoyun yubiley konsertində çıxış edib.

HerGun.Az xəbər verir ki, azərbaycanlı oрera ustası Kreml sarayının səhnəsinə həyat yoldaşı Anna Netrebko və onun oğlu Tyaqo ilə çıxıb.

Bu 11 yaşlı Tyaqonun səhnəyə ilk çıxışı olub. Oğlan atalığının geyindiyi konsert kostyumunun kiçilmiş kopiyasında səhnəyə çıxıb. Netrebko isə tamaşaçılar qarşısına qara zərli paltarda çıxıb.

Ailə üçluyü Krutoyun opera ifaçıları üçün yazdığı “Romanza” albomundan mahnılar oxuyub.

Qeyd edək ki, Rusiyanın Xalq artisti İqor Krutoy 15-16 noyabr tarixlərində Kreml sarayında “65 həyatda yalnız bir dəfə olur” adlı yubiley konsertini təqdim edib.