BDU rektorundan gözəl təşəbbüs: Aztəminatlı tələbələrə yardım olunacaq

21:40 19-11-2019 538

Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik, biri 3 manat dəyərində yemək kuponu pulsuz olaraq veriləcək. 

HerGun.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında yazıb. 

O bildirib ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib.  

Qərar noyabrın birindən etibarən icra olunur.