Rusiyada deputat insan öldürməkdə günahlandırılır

03:40 20-11-2019 19

Xabarovsk (Rusiya) vilayətinin dumasının sabiq üzvü Nikolay Mistryukov sahibkar Yevgeni Zorini öldürməkdə günahlandırılır.

TASS xəbər verir ki, Rusiyann İstintaq Komitəsi sabiq deputatın həbsinə icazə verilməsini xahiş edir.

Zori Xabarovskda bir neçə komersiya təşkilatının təsisçisi kimi tanınır. 2004-cü ildə onun güllə yaraları ilə dolu meyiti tapılıb.

O zaman Mistryukov istintaqa cəlb edilsə də heç bir dəlil olmadığından sərbəst buraxılıb.