İran hakimiyyəti ölkədə internetin bərpası vaxtını açıqladı

04:20 20-11-2019 26

İranda internetin bərpası ölkədə sabitlik bərqərar olunduqdan sonra mümkun olacaq.

“RİA Novosti” xəbər verir ki, bunu hökümətin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

“İnternet bölgələrdə sabit mühitin yaranmasından sonra qoşulacaq”, - deyə məmur qeyd edib.

Daha əvvəl o cərşənbə axşamı internetin bərpa olunaçağını bildirib. Lakin ölkədə qlobal şəbəkəyə giriş hələ də məhduddur: istifadəçilər yalnız “.ir” və nadir hallarda “.com” domenindən yararlana bilər ki, bu da əsasən İranın xəbər agentliklərinin saytlarına aiddir.

İnternetə girişin məhdudlaşdırılması haqqında qərar ötən cümə İranın Ali Məclisi tərəfindən qəbul edilib və ölkədəki etiraz aksiyaları ilə bağlıdır.