Rövnəq Abdullayev: Azərbaycan qazı ilk dəfə Avropaya birbaşa çatdırılacaq

17:20 30-11-2019 870

SOCAR Prezidenti TANAP İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxış edib.

HerGun.Az xəbər verir ki, R.Abdullayev Türkiyənin şərqindən qərbinədək uzanan TANAP-ın inşasının vaxtında tamamlandığını dilə gətirib.

O bildirib ki, TANAP TAP vasitəsilə Avropaya qaz ötürməyə hazırdır:

“TAP-ın inşaatı tamamlandıqdan sonra tarixdə ilk dəfə Azərbaycan qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa çatdırılmış olacaq. Beləcə, Avropanın yeni qaz tədarükçüsü olmaqla yanaşı, Türkiyənin də ən böyük ikinci təbii qaz tədarükçüsünə çevrilməyi hədəfləyirik”.