Beyləqanda Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib
03 dekabr 2019-cu il tarixdə Beyləqan rayonunda Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti və Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin təşəbbüsü ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə rayon ziyalıları, şəhid ailələri, əlillər, qazilər, Cəmiyyətin üzvləri və veteranlar iştirak edib.
Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyev çıxış edərək rayonda yeni yaranmış cəmiyyət haqqında məlumat verdi. Yaradılan şəraitə, verilən dəyərə görə, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Müşfiq Əliyevə minnətdarlığını bildirdi.
Çıxış edənlərdən Asif Quliyev, şəhid atası Allahverdi Kərimoğlu, Beyləqan rayon Birinci Şahsevən kənd ərazi icra nümayəndəsinin müavini Tucar Məmiyeva, əsgər anası Telli Şirinova, əsgər atası , hergun.az saytının rəhbəri Elman İsrafiloğlu,YAP Beyləqan rayon şöbəsinin gənclər təşkilatının üzvü Rafiq İsmayılov,ziyalılardan Xəlil Süleymanov, Örənqala kənd sakini Azər Quliyev, Tatalılar kənd sakini Hafiz Hacıyev, şair Etibar Süleymanlı və başqaları Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər .Natiqlər bildirdilər ki, ölkəmizdə əlillərin social müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilir, Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Tədbirdə Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin yeni üzvlərinə üzvlük vəsiqələri təqdim edildi və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyevin və xalqımızın qəhrəman oğulu Arif Məhərrəmovun hədiyyələri iştirakçılara təqdim edildi. Sonda xatirə şəkilləri çəkdirildi.