Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

08:20 08-12-2019 559

İnsan müntəzəm şəkildə idmanla məşğul olsa və ya sağlam həyat tərzi keçirsə belə, sağlam yuxunun olmaması ürək problemlərinə gətirib çıxara bilər.

MedicalXpress” nəşrinin məlumatına əsasən, belə bir nəticəyə Boulderdə (ABŞ) yerləşən Kolorado Universitetinin alimləri gəliblər.

Mütəxəssislər yeddi illik tədqiqat çərçivəsində heç vaxt infarkt keçirilməmiş  40-dan 69 yaşa kimi olan 461 min insanın yuxu rejimini, genetik və tibbi məlumatlarını öyrəniblər.

Məlum olub ki, 6-12 saat arası yatan insanlarla müqayisədə, altı saatdan az yatan insanlarda 20%  daha az infarkt riski olub. Doqquz saatdan çox yatan şəxslərdə isə infarkt ehtimalı 34% artıb.

Alimlər qeyd edirlər ki, altı saatdan doqquz saata qədər davam edən yuxu genetik cəhətdən ürək xəstəliklərinə meylli insanlarda infarkt riskini 18% azaldır.