BDU Futzal Komandası ölkə çempionu oldu - FOTO

11:40 09-12-2019 834

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən “Ali məktəb tələbələri arasında Futzal yarışması” çərçivəsində BDU Futzal Komandası ölkə çempionu olub.

Belə ki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşıb və qrup lideri olaraq 4/1 final mərhələsinə atlayıb.

BDU fudzal Komandası 4/1 mərhələsində Bakı Mühəndislik Akademiyası və Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlib və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutub.

Final oyununda 4-2 hesabı ilə qalib gələn BDU futzal Komandası ölkə çepionu adın qazanıb. Digər oyunların nəticələrinə görə ikinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin yığması qərarlaşıb.

Qeyd edək ki, BDU Fudzal Komandasının sponsoru BDU Tələbə Həmkarlar İttifaqı Komitəsidir.