Qaradağda 27 yaşlı gənci evinin önündə bıçaqladılar

04:40 10-12-2019 521

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, insident Ələt qəsəbəsində qeydə alınıb.  

1992-ci il təvəllüdlü Dəmirli Şəhriyar Rövşən oğlu E.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zəmnində bıçaqlanıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli, Elşad Mətləboğlu