Klubu Neymarın qiymətini aşağı saldı

20:00 10-12-2019 455

Fransanın PSJ klubu Braziliya yığmasının hücumçusu Neymarın satış qiymətini aşağı salıb.

HerGun.Az “Marca”ya istinadən məlumat verir ki, Fransa klubu hücumçunu 300 milyon avroya deyil, 180 milyon avroya buraxmağa razıdır.

Xarırladaq ki, İspaniyanın “Barselona” klubu  Neymarı geri qaytarmağa çalışsa da, tərəflər transfer məbləğində razılığa gələ bilməyiblər.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya transfer olunub.