Aqrar sığortanın dövlət büdcəsi hesabına ödəniləcək hissəsi ilə bağlı lazım olan sənədlər - SİYAHI

01:40 14-12-2019 538

Nazirlər Kabineti “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin siyahısı”nı təsdiqləyib. 

HerGun.Az-ın məlumatına görə, qərara əsasən, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə aşağıdakılar əlavə edilməlidir: 

- sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair məlumat;

- hüquqi şəxslərlə bağlanılmış sığorta müqavilələrinin və ya onlara verilmiş sığorta şəhadətnamələrinin surəti; 

- hər bir sığorta müqaviləsi üzrə sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilməli olan hissəsinin ödənilməsi barədə sənədlərin surəti.