Şəmkirdə naməlum avtomobil 55 yaşlı kişini vurub öldürdü

23:00 14-12-2019 567

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, naməlum avtomobil tərəfindən vurulan 1964-cü il təvəllüdlü Şıxməmdov Telman hadisə yerində dünyasını dəyişib. 

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nazir Quliyev