Ərdoğan ABŞ-ı xəbərdar etdi: İncirlik hərbi bazasını bağlaya bilərik

23:40 15-12-2019 371

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə  “A Haber” telekanalının efirində bildirib.

Ərdoğan deyib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə bu hərbi bazanı ABŞ-ın üzünə bağlayacaq. 

“İncirlik bazasının bağlanması haqqında qərarı biz verə bilərik. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kürəciyi bağlayacağıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, Kürəcik hərbi bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin hissələri yerləşdirilib.