ABŞ gizli olaraq iki Çin diplomatını ölkədən göndərdi

05:00 16-12-2019 354

ABŞ hərbi bazaya qanunsuz girməyə cəhd edən iki Çin diplomatını gizli olaraq ölkədən göndərib. 

“The New York Times” xəbər verir ki, belə hadisə son 30 ildə ilk dəfədir ki baş verib. 

Hər iki diplomat hərbi bazanın ərazisinə öz arvadı ilə birlikdə girməyə çalışıb. Obyektə giriş zamanı məlum olub ki, səfirlik işçilərinin içəri girmələrinə icazə yoxdur. Buna baxmayaraq çinlilər bazaya daxil olmağa çalışıblar. Onlar saxlanılıb və bazadan çıxarılıb. 

ABŞ hakimiyyəti diplomatları təhlükəsizlik xidmətinin işini müəyyən etmək cəhdində ittiham edib. Çinlilər isə azdıqlarını və ingilis dilini pis bildiklərini bildiriblər. 

Hadisə sentyabrda baş versə də bu qada təzə məlum olub. Tərəflər hadisə barədə mətbuata açıqlama verməməyi qərara alıblar.