Nadir metal tarixi rekordu təzələdi

07:40 18-12-2019 535

Dünya bazarlarında palladiumun qiyməti tarixi maksimumu yeniləyib.

“Bloomderg” xəbər verir ki, dekabrın 17-də metalın bir unsiyası 2000,5 dollara (3,4 min manat) satılıb.

İl ərzində palladiumun qiyməti 57 faiz artıb. Ekspertlərin fikrincə 2020-ci ilin ilk yarısında qiymətli metal 2,5 min dollar həddinə çata bilər. Rekord qiymətlər metalın azlığı və tədarükünün çətinliyi ilə izah olunur.

Bu ayın əvvəlində palladium qızılın tarixi rekordunu üstələyib (1911,6 dollar).

Palladium maşınqayırmada, müxtəlif məişət texnikasının və diş protezlərinin hazırlanmasında istifadə olunur.