Rəssam it hərracda 4000 dollar qazandı

06:00 19-12-2019 421

“Rikasso” ləqəbli stafford teryeri hərracda rəsmlərinin satılması nəticəsində 4000 dollar qazanıb.

“Metro” xəbər verir ki, it rəsmləri boyalanmış quyruğu ilə çəkib.

“Rikasso” Virciniya ştatında yerləşən heyvan sığınacağında yaşayır. Sığınacağın işçiləri onun 20 rəsmini hərraca çıxarıb.

Əldə olunan vəsait kimsəsiz heyvanlara xərclənəcək.