Yerevanda hərbi komisarlığın döşəməsi çökdü: 11 çağırışçı xəsarət aldı – FOTO/VİDEO

19:40 19-12-2019 600

Yerevanda 1 nömrəli hərbi komisarlığın binasında döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb. 

“Sputnik Ermənistan” xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:35-də baş verib.  

Hadisə yerinə gələn Ermənistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binanın birinci mərtəbəsinin döşəməsinin çökdüyünü müəyyən ediblər.  

Lyova Akopyan adlı erməni sosial şəbəkə istifadəçisi çökmə zamanı binada 100-dən çox çağırışçının olduğunu bildirib.  

Çöldə isə valideynləri çağırışçıları gözləyirmiş.  

L.Akopyan hesab edir ki, çökməyə döşəmənin köhnə və binada çoxlu sayda çağırışçının olması səbəb olub.