Maraq ölümlərinə səbəb olacaqdı – VİDEO

17:40 21-12-2019 999

Sürətlə gələn seli izləmək istəyən bir qrup adam ölümdən son anda qurtulub.

Bu barədə kadrları "Daily Mail" yayımlayıb.

Hadisənin Peruda baş verdiyi bildirilir.

Kadrlarda Kaxas çayı ilə gələn nəhəng daşqının körpünü necə uçurduğu aydın görünür. Həmin an bir qrup sakinin bu baş verənləri izlədiyi görünür. Lakin bu an onların yanında dayandıqları təpədə torpaq sürüşməsi baş verir. Onlar son anda canlarını qurtara biliblər. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, ölkə 12 saatdır leysan yağışların əsarətindədir. Bir çox yolların yuyulduğu, bəzi yerlərdə torpaq uçqununun baş verdiyi bildirilir.