Cem Yılmaz xəstəxanalıq oldu - VİDEO

23:40 25-12-2019 645

Məşhur türkiyəli şoumen Cem Yılmaz xəstəxanaya düşüb. 

HerGun.Az xəbər verir ki, bu barədə aktyor özü “İnstagram” hesabı vasitəsilə xəbər yayıb. 

O bildirib ki, dekabrın 25-nə planlaşdırılmış tamaşa səhhətində yaranmış fəsadlarla əlaqədar yanvarın 5-inə keçirilib. 

Hazırda xəstəxanada olan Cem Yılmaz fanatlarına müraciətlə qısa video da yayımlayıb. 

O, xəstəliyi haqqında ətraflı məlumat verməsə də, zarafatla nəzərə gəldiyini deyib.