Ramanada 30 yaşlı qadını çay evində döyüb xəstəxanalıq etdilər

00:40 26-12-2019 580

Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.  

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli