NBA-nın ən hündür basketbolçusu simfonik orkestrə dirijorluq etdi – VİDEO

04:00 26-12-2019 558

Amerikanin Milli Basketbol Asosiyasiyasında (NBA) çıxış edən “Boston Seltiks” komandasının oyuncusu Tako Fall özünü simfonik orkestrin dirijoru qismində sınayıb.

2 metr, 31 santimetr boyu olan basketbolçu “Boston Pops” orkestrinə dirijorluq edib.

Fallı səhnəyə çağırmamışdan öncə orkestrin baş dirijoru Kit Lokxart onu “Boston Pops”u idarə edəcək ən hündür insan adlandırıb.

2010-cu ildə həmin orkestrə məşhur Şakil O’Nil dirijorluq edib.