Sami Yusuf Azərbaycana həsr etdiyi mahnısını təqdim etdi - VİDEO

00:40 29-12-2019 711

Dünyaca məşhur, əslən Cənubi Azərbaycandan olan müğənni Sami Yusuf “Youtube” rəsmi kanalında “Azərbaycan” adlı bəstəsini təqdim edib.

HerGun.Az xəbər verir ki, sözügedən mahnını Sami tək deyil, duet şəklində Əməkdar artist Sevda Ələkbərzadə ilə birgə ifa edib. Bununla yanaşı, bəstədə aşıq vokal hissəsini Əməkdar artist Samirə Əliyeva, muğam parçalarını Əməkdar artist Təyyar Bayramov və Kənan Bayramlı səsləndirib. 

Qeyd edək ki, yayımlanan videogörüntü iyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsindəndir. Həmin tədbirdə Sami Yusufun Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yazdığı “Sığmazam” qəzəlinə oxuduğu mahnı izləyicilər tərəfindən rekord baxış toplayıb. 

Rəşad Əliyev