Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trln dollar artıb - REYTİNQ

05:20 29-12-2019 888

Dünyanın ən zəngin insanlarının sərvəti 2019-cu ildə 1,2 trln dollar (25%) artaraq 5,9 trln dollar təşkil edib. 

Bu barədə  “Bloomberg Billionaires Index” (BBI) tərəfindən tərtib olunmuş reytinqdə bildirilir.

Məlumata əsasən, artım lideri fransalı biznesmen Bernar Arno (“Louis Vuitton”, “Hennessy”, “Christian Dior” və “Perignon” brendinin sahibi) olub. O, sərvətini bir il ərzində 36,5 mlrd dollar artıra bilib və bunun da sayəsində dünyanın üçüncü ən zəngin adamı olub. Dünyanın ən varlı insanı olan “Amazon”un təsisçisi Cef Bezos isə 9 mlrd dollar itirib. Lakin bu, onun boşanma prosesi ilə əlaqədar olub. “Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 22,7 mlrd dollar qazanıb.

Beləliklə, dünyanın ən zəngin insanlarının TOP-5-liyi aşağıdakı kimidir:

1. Cef Bezos - $116 mlrd (-$8,75 mlrd)

2. Bill Qeyts - $113 mlrd (+$23,1 mlrd)

3. Bernar Arno - $106 mlrd (+$37,7 mlrd)

4. Vorren Baffet - $89,1 mlrd (+$5.26 mlrd)

5. Mark Zukerberq - $79.4 mlrd (+$27.4 mlrd)