“Putin komandası”nı geyindirən dizaynerin həyat yoldaşı lifti sındırdı - VİDEO

13:40 29-12-2019 538

Rusiyanın Yekaterinburq şəhərində maraqlı hadisə baş verib.

“E1” saytının yazdığına görə, “Putinin komandası” üçün geyim kolleksiyaları hazırlayan modelyer Dmitri Şişkinin həyat yoldaşı yaşadıqları binanın liftini linglə sındırıb. Qadının hərəkətləri liftin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Dizaynerin həyat yoldaşı liftin idarəetmə panelinə dəmir linglə bir neçə dəfə zərbə vurub və sındırıb.

Liftin qarşısında dayamış uniformalı şəxs kommunal xidmət əməkdaşıdır. Dizaynerin xanımını əsəbiləşdirən də, ehtimal ki, lift üçün tələb olunan aylıq ödənişdir.

Qeyd edək ki, “Putin komandası” xokkey oyunçusu Alexander Oveçkin tərəfindən yaradılıb və Rusiya prezidentini dəstəkləyən ictimai təşkilatdır.