Qarabağda erməni əsgəri ölüb
01:00 02-01-2020 625
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisində erməni ordusunun əsgəri ölüb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artyom Arturoviç Kazaryan ölüb.
Onun xəstəlikdən öldüyü bildirilir. Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.