Şəbnəm Tovuzlunun çıxdığı səhnə alışıb yandı - VİDEO

12:20 02-01-2020 695

Müğənni Şəbnəm Tovuzlu Yeni il şənliyində çıxış edərkən gözlənilməz hadisə ilə üzləşib.

HerGun.Az xəbər verir ki, sənətçinin ifası zamanı səhnənin ön hissəsində bir-birinin ardınca qoyulan fişənglər işə düşüb. 

Fişənglərdən çıxan qığılcımlar isə səhnənin dekoruna keçərək alışıb. Köməyə gələn mühafizəçilər onu söndürməyə çalışsalar da, bu mümkün olmayıb.

Səhnə izləyicilərin gözləri önündə alovlanmağa başlayıb. Həmin an səhnəni qara tüstü bürüyüb. Şəbnəm baş verənlərdən özünü itirməyib ifasını davam etdirsə də, qatı tüstü səbəbi ilə o səhnəni tərk etmək məcburiyyətində qalıb. 

Baş verən xoşagəlməz hadisənin görüntüsü sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu artıq ikinci dəfədir eyni təhlükəli vəziyyətlə üz-üzə qalır. Bir müddət öncə o, Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousunda qonaq olarkən fişəngin anidən alışıb tüstülənməsindən təlaş keçirərək ifasını dayandırmışdı.

Rəşad Əliyev