"Marvel"in rəhbəri ən güclü superqəhrəmanı açıqladı - FOTO

21:00 02-01-2020 708

“Marvel” studiyasının rəhbəri Kevin Fayqi kino aləminin ən güclü superqəhrəmanının adını açıqlayıb.

CBR-in məlumatına görə, Fayqi ən güclü personaj kimi “Qisasçılar: Final” filminin yekun döyüşündə az qala Tanosu özü öldürən Vanda Maksimoff (Qırmızı cadugər) obrazını göstərib.

“Əgər “Final”a baxsanız görərsiniz ki, Vanda Maksimoff Tanosu öldürməyə hazırlaşır. Əgər o yaxasını qurtarmaq üçün onun komandasını məhv etməyi əmr etməsəydi, düşünürəm ki, bunu edərdi”, - Fayqi qeyd edib.

Xatırladq ki, “Qırmızı cadugər” obrazını amerikalı aktrisa Elizabet Olsen canlandırıb.