Doqquz gündə 4 dəfə həbsxanadan qaçan şəxs yenə tutuldu

01:00 06-01-2020 528

Türkiyənin Samsun şəhərində 9 gün içində 4 dəfə həbsxanadan qaçan gənc polisin təqibi nəticəsində tutulub.

“CNN Türk”ün məlumatına görə, tutulan şəxs yenidən həmin həbsxanaya göndərilib.

Pul cəzasına görə, Samsun yarıaçıq tipli həbsxanada cəzasını çəkən 21 yaşlı Y.E.K. 9 gün içində düz 4 dəfə oradan qaça bilib. Lakin hər qaçışından sonra onu tutub geri qaytarmaq mümkün olub.