“Mercedes” bu modellərini geri çağıracaq: İstehsal xətası var

21:40 06-01-2020 251

Almaniyanın nəhəng avtomobil markası “Mercedes” ABŞ-da 744 min avtomobili əhatə edəcək bir geriçağırma kampaniyasına start verib. 

“Haberglobal”ın xəbərinə görə, şirkətdən açıqlama verilib ki, 2001-2011-ci illər arasında ABŞ-da satılmış “C klass”, CLK, CLS və “E klass” modellərin panoramik şüşə tavanlarının yerindən çıxma riski olduğu aşkarlanıb.  

Bununla əlaqədar “Mercedes” markasını istehsal edən “Daimler” şirkəti bu modelləri geri çağırmağa hazırlaşır. 

Qeyd edək ki, “Mercedes Benz” ötən il ABŞ-dan 1.4 milyon avtomobili geri çağırdığı üçün 20 milyon dollar cəzaya məhkum edilmişdi.