Səfurə Əliyeva: Musiqi hər zaman içimdə yaşayır, ailəm isə məni ruhlandırır - VİDEO

18:20 09-01-2020 562

Yenidən “Avroviziya” mahnı yarışmasında iştirak etmək fikrim yoxdur. Yarışmada bir dəfə iştirak etmək yetərlidir.

HerGun.Az xəbər verir ki, bunu müğənni Səfurə Əliyeva WiwiBloggs.com-a verdiyi müsahibədə deyib.

Səfurə Əliyeva yanvarın 10-u saat 00:00-da yeni mahnısını “High on your love” təqdim edəcəyini açıqlayıb. 

“Ailə qurduqdan və ana olduqdan sonra musiqi haqqında düşünməyə vaxtım belə yoxdur. Amma sonradan düşünməyə başladım ki,  musiqiyə geri qayıtmayacağamsa, bunu hobbi kimi davam etdirə bilərəm. Çünki bir çox insanlar mahnı oxumağımı istəyir. Hətta dünyanın bir çox yerindən mahnı təklifləri belə gəlir. Məşhur bəstəkar Maykl Ceyms Daun mənə mahnı göndərdiyi zaman “High on your love”un hit olacağını dedim. Buna görə də mahnını yazdırmaq qərarına gəldim. İnanıram ki, hər kəsin xoşuna gələcək”.

“Musiqi həmişə içimdə yaşayır. Ailəm isə həmişə məni ruhlandırır. Yeni mahnımda sevgi və ehtirasdan bəhs edilir. Mahnı aşiq olan bütün sevənlərə aiddir”, - deyə ifaçı bildirib.

Qeyd edək ki, Səfurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra sənətdən uzaqlaşıb. Onların İsgəndər, Natiq adlı iki oğlu və Aişə adlı qız övladı var. 

Sevinc Yasinqızı