Akulalar alman futbolçunu parçalayıb öldürdülər

20:20 11-01-2020 419

ABŞ-ın “Qastinq Bronkos” klubunun şərəfini qoruyan almaniyalı futbolçu Erik Briqitti Avstraliyada dincələrkən faciəvi şəkildə həlak olub.

“Daily Mail” məlumat yayıb ki, 21 yaşlı idmançı dostları ilə qayalı sahildə gəzişərkə ayağı sürüşüb və suya düşüb.Suyun axını onu dənizin dərinliyinə aparıb. Orada isə futbolçunu 3 ağ akula gəmirərək öldürüblər.

Briqittinin cəsədi faciədən iki gün sonra aşkarlanıb.