“Milan” “Qarabağ”ın futbolçusunu almaq istəyir

01:40 12-01-2020 420

“Milan” “Qarabağ”ın qapıçısını almaq variantı haqqında düşünür.

Eurosport.ru-nun məlumatına görə, Asmir Beqoviç “Milan”da Pepe Reyni əvəzləyə bilər. Belə ki, artıq Pepe “Aston Villa”ya keçidə hazırlaşır.

Qeyd edək ki, bosniyalı Asmir Beqoviç “Qarabağ”a 2019-cu ilin sentyabrından yarım illiyə İngiltərənin “Bornmund” klubundan icarəyə gəlmişdi.