Şakira uşaqlarının atasına ərə getməməyinin səbəblərini açıqladı

07:00 13-01-2020 506

Məşhur kolumbiyalı müğənni Şakira “Barselona”nın futbolçusu Jerar Pikeyə ərə getmək istəmədiyinin səbəblərini açıqlayıb.

“60 Minutes” verilişinə müsahibəsində o bildirib ki, “arvad” statusundan çox qorxur.

“Mən istəmirəm ki, o mənə arvadı gözü ilə baxsın. Qoy məndə öz rəfiqəsini, sevgilisini görsün. Mən onu barmaqlarımın ucunda saxlamaq istəyirəm. O başa düşməlidir ki, hər bir şey onun hərəkətlərindən asılıdır”, - deyə müğənni etiraf edib.

42 yaşlı Şakira və 32 yaşlı Pike 10 ildir ki bir yerdə yaşayırlar. Cütlüyün iki uşağı var – altı yaşlı Milana və dörd yaşlı Saşa.